COP29 | Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşdü

 COP29 |  Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşdü
  11 Noyabr 2024    Oxunub:499
Baş nazir Əli Əsədov noyabrın 11-də Anqolanın vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirilib.

Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti